EN

Zelenski: Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ sənədi hazırdır

ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd tam hazırdır və Kiyev onun imzalanma tarixi və yerinin təsdiqini gözləyir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Litvanın paytaxtı Vilnüsə səfəri çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Ukrayna lideri qeyd edib ki, yanvarın 24-də Əbu-Dabidə Rusiya ilə danışıqlarda müəyyən irəliləyişlər əldə edilib.

“Bizim üçün təhlükəsizlik zəmanətləri, ilk növbədə, ABŞ-dan təhlükəsizlik zəmanətləridir. Sənəd 100% hazırdır və tərəfdaşlarımızın imzalanma tarixini və yerini təsdiqləməsini gözləyirik”, – deyə Zelenski vurğulayıb.

O, həmçinin sənədin imzalandıqdan sonra təsdiq üçün ABŞ Konqresinə və Ukrayna Parlamentinə göndəriləcəyini açıqladı.

Chosen
15
veteninfo.az

1Sources