EN

Təyyarə QƏZASI: ÖLƏNLƏR VAR

Ajans.az CBS News-a istinadən xəbər verir ki, ABŞ-ın Men ştatında yerləşən Bangor Beynəlxalq Hava Limanından havaya qalxan özəl biznes təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan altı nəfərin hamısı həyatını itirib. Qəza 25 yanvar, bazar günü, yerli vaxtla saat 19:45 radələrində baş verib. İlkin məlumata görə, təyyarə uçuş-enmə zolağından qalxdıqdan qısa müddət sonra idarəetməni itirərək aşıb və alovlanıb. Xilas olan yoxdur. Qeyd olunur ki, Federal Aviasiya Administrasiyası (FAA) əvvəlcə yeddi nəfərin həlak olması və bir nəfərin sağ qalması barədə məlumat versə də, bu rəqəmlər sonradan dəqiqləşdirilərək yenilənib. Hazırda qəzanın səbəbləri FAA və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən araşdırılır.

Məlumata görə, təyyarə Texas ştatının Hyuston şəhərində yerləşən bir hüquq firmasının adına qeydiyyatdan keçib. Qəza əlverişsiz hava şəraiti fonunda baş verib: ABŞ-ın şimal-şərq bölgəsi son günlər güclü qar fırtınasının təsiri altındadır.

Chosen
11
Ajans.az

1Sources