EN

Neft Fondunun aktivləri 22,5 faiz artıb

2025-ci il dekabrın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 22,5 faiz artaraq 73 541,5 milyon dollar təşkil edib.

Fondun məlumatına görə, hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 266,3 milyon manat olub, o cümlədən:

- mənfəət neftinin və qazın satışından 9 497,0 milyon manat;

- bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat;

- akrhesabı ödənişlər 3,6 milyon manat.

Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 8 292,9 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 958,8 milyon manat məbləğində vəsait daxil olub.

- Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 6 894,1 milyon manat təşkil edib.

- Valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 20 434,0 milyon manat olub.

- Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 481,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Chosen
19
1
vergiler.az

10Sources