AZ

ARDNF nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 mlrd. manatı ötüb

ain.az bildirir, Apa.az portalına istinadən.

2025-ci il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 266,3 milyon manat olub.

Bu barədə “APA-Economics” Fondun rəsmi məlumatına istinadən xəbər verir.

Hesabat dövründə Fondun mənfəət neftinin və qazın satışından gəlirləri 9 497,0 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat, akrhesabı ödənişlərdən isə gəlirləri 3,6 milyon manat təşkil edib.

Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 8 292,9 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 958,8 milyon manat məbləğində vəsait daxil olub.

Ötən il Fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6.2% təşkil etmiş, nəticədə 6 894,1 milyon manat həcmində gəlir əldə edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
apa.az

10Mənbələr