EN

Hasil Abbasov: Məşğulluq proqramları və işsizlərin sosial müdafiəsi gücləndirilir

"Nümayəndələri Dövlət Məşğulluq Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən xüsusi qurumlar və Agentliyin fəaliyyətinin əsas istiqamətləri, aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlik sığortası büdcəsinin idarə edilməsi üzrə layihələri əhatə edir".

QHT.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyində ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında Agentliyin idarə heyətinin sədri Hasil Abbasov bildirib. Onun sözlərinə görə, hamımızın həyatımızda məşğulluq prosesində iştirak etdiyimiz anlar olur. İşə düzəlmə proseslərinin necə həyata keçirilməsi məsələsi əsasdır:

"Əvvəla, bu proses Məşğulluq Agentliyinin ölkə üzrə fəaliyyət göstərən xidmət şöbələri, dost mərkəzləri, filialları və post məntəqələrində aparılır. Vətəndaş işlə təmin olunmaq üçün müraciət edir və bu zaman ilk olaraq məşğulluq imkanlarının qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə zamanı vətəndaşın təcrübəsi, sosial və digər meyarlar nəzərə alınaraq məşğulluq istiqamətləri müəyyənləşdirilir. Bundan sonra vətəndaş Məşğulluq Proqramı çərçivəsində fərdi məşğulluq proqramına uyğun olaraq, yaşadığı əraziyə, təhsil və bacarıqlarına uyğun məşğulluq tədbirləri ilə əhatə olunur."

Chosen
5
qht.az

1Sources