EN

Avropanın qaz anbarlarında "mavi yanacağ"ın həcmi azalmaqdadır

Bakı, 27 yanvar, AZƏRTAC

Avropanın qaz anbarlarında "mavi yanacaq" ehtiyatları 45 faizdən aşağı enib.

AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, yanvarın 25-də Avropada anbarlardan çıxarılan qazın həcmi təxminən 692 milyon kubmetr təşkil edib. Hazırda qitənin ümumilikdə 50 milyard kubmetrdən az yanacaq ehtiyatı qalıb.

Bu həftə Avropada temperaturun qeyri-sabit olacağı gözlənilir ki, bu da yanacaq sərfiyyatının daha da artacağı ilə müşayiət olunacaq.

Ötən ilin dekabr ayında Avropanın elektrik enerjisi istehsalında külək elektrik stansiyalarınından payı orta hesabla 20 faiz təşkil edib, cari ilin yanvarında isə bu göstərici hələlik 19 faizdir.

Yanvar ayında Avropada qazın orta qiyməti min kubmetr üçün 398 dollar olub.

 

Chosen
90
azertag.az

1Sources