"Vest Hem" klubu "Tottenhem"in qapıçısı Antonin Kinskini heyətinə cəlb etmək istəyir.
Offsideplus.az xəbər verir ki, çexiyalı qapıçı yeni komandasına icarə əsasında qoşulacaq. Razılaşmada satınalma hüququ da olacaq, amma bu, məcburi olmayacaq.
Bu barədə insayder Matteo Moretto məlumat yayıb.
A. Kinski ötən ilin yanvarında "Tottenhem"ə qoşulub. O, cari mövsüm cəmi 2 oyunda meydanda olub.