“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, London təmsilçisi “Şeffild Uenzdey”dən İsi Alaonu transfer edib.
Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. “Çelsi” gənc futbolçu üçün 500 min avro ödəyib.
Qeyd edək ki, ingiltərəli müdafiəçi “Şeffild Uensdey”ın yetirməsidir. O, bu mövsüm Çempionşip təmsilçisinin əsas komandasının heyətində 5 rəsmi matçda meydana çıxıb.