EN

Səbrli insanlar niyə daha uğurlu olurlar?

“Səbrli insanlar həyatlarında və karyeralarında daha uğurlu olurlar”.

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən bəhs edib:
“Səbrli insanlar nəyi necə edəcəklərini bilirlər. Yəni bu haqda məlumatları olur. Tələskən və emosional hərəkət etmirlər. Daha çox təmkinli, düşünərək, qərarlarını konkret, planlı şəkildə verməyi bacarırlar və hər şeyin zamanını gözləyirlər. Çünki səbrli insanlar elə bir düşüncəyə sahibdir ki, həyata güvənməyi bacarırlar və özlərinə inamları olur. Bir insan özünə inandığı zaman hansısa işə enerjisini sərf edib-etməməməyinə dəyəcəyini də dərk etmiş olur. Belə şəxslər istənilə situasiyada təmkinli davranaraq konfliktlərdən uzaq olurlar”.

Ekspert qeyd edib ki, səbrli insanların düşüncələri çox qarışıq olmur: 
“Bu da özünü hər zaman bu özünü göstərir. Konfliktlər zamanı doğru şəkildə müşahidə edib kənardan, doğru şəkildə yanaşmağı bacarırlar. Yəni hadisələrə emosional şəkildə reaksiya vermirlər. Səbrli insanlar ailə, dost və sevgi münasibətində də uğurlu olmağı bacarırlar. Çünki onlar, qarşı tərəfi dinləyirlər. Bu da onların münasibətlərinə müsbət təsir göstərir”.

Psixoloq onu da vurğulayıb ki, tələskən olmaq lazım deyil:
“Ətrafımızda hamı hər yerə tələsir. Lakin nə üçün tələsdiklərini bilmirlər. Çünki tələsməyə öyrəşiblər. Halbuki tələsdikcə daha çox zaman itirdiklərinin fərqində deyillər. Planlı şəkildə, gün ərzində təmkinlə hərəkət edərək hər bir işlərini zamanında edəndə hər şeyə vaxt çatdırmaq olar. Əfsuslar olsun ki, tələsərək etdikləri işi bir neçə günə bitirirlər”.

Mütəxəssisin sözlərinə görə, səbrli insanlar karyeralarında daha uğurlu olurlar:
“Bəzi insanlar karyeralarında həmən nəticə görmək və həmən pul qazanmaq istəyirlər. Amma bu mümkün olacaq bir şey deyil. Ümumiyyətlə karyera baxımından, həyat baxımından, istəklərimiz baxımından nəyisə əldə etmək özü bir zaman tələb edir. Məsələn, karyerada müəyyən bir vəzifədə olmaq istəyir, amma hazırda olduğu durum o vəzifəyə uyğun gəlmir.

Yəni o şəxs emosional və düşüncə olaraq buna uyğun deyil. Əslində, tamamən bir şəxsiyyət olaraq həmin mövqeyə artıq uyğun olduğu zaman o vəzifəni də əldə etmiş olacaq. Səbrli insanlar düşünüb, məntiqli qərarlar verirlər. Bu şəxslər səbr edərək başladıqları işi sona kimi çatdırırlar. Əlbəttə ki, başlanan hər bir işi sona kimi çatdıranda, istər-istəməz nəticə olur. Səbrin gücü məhz budur”.

Aydan Məmmədova onu da söyləyib ki, səbri fədakarlıqla qarışdırmamalıyıq:
“Hər zaman səbr etmək lazımdırmı? Xeyr. Bəzi insanlar konfliktlər zamanı, münasibətlərdə çox səbr edirlər. İnsanlar səbri fədakarlıqla səhv salmamalıdırlar. Səbr sadəcə olaraq öz istəklərimizə və ya hörmətlə bağlı ola bilər. Amma özümüzə qarşı olan bir başqasının yanlışına səbr edib dözməklə bu yaxşılıq etmək deyil. Əksinə, bu pislikdir. Bəzən yaxşılıq adlandırdığımız əksər məsələlər bizə zərər verir. Hərçənd ki, insan özünə də zərər verməməlidi”.

Pərviz
 

Chosen
16
hit.az

1Sources