EN

"Odessaya gecə hücumu: 50-dən çox dron, dağıntılar və onlarla yaralı" - Ukrayna KİV-ləri

 
"Gecə hücumu təkcə dağıntılar deyil, cəbhədə dəyişən müharibə reallığını da üzə çıxardı..."
 
Rusiya ordusunun 27 yanvar gecəsi həyata keçirdiyi kütləvi dron hücumu nəticəsində Odessada yaşayış evləri, sosial obyektlər və enerji infrastrukturu ciddi zərər görüb. Dağıntılar altında insanların qala biləcəyi bildirilir
 
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
 
Kütləvi zərbə və dağıntıların miqyası
Ukrayna rəsmilərinin verdiyi məlumata görə, Rusiya ordusu 27 yanvar gecəsi Odessaya və vilayət ərazisinə 50-dən çox zərbə dronu buraxıb. Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib ki, hücum nəticəsində çoxmənzilli və fərdi yaşayış evləri, uşaq bağçası, kilsə, mağaza və tikinti sahələri zədələnib.
 
Ən ağır vəziyyət Hacıbəy rayonunda qeydə alınıb. Burada yaşayış binasının bir hissəsi dağılıb və ilkin məlumata görə, dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur. Axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir, kinoloji xidmət cəlb olunub.
 
Yaralılar, xilas edilənlər və fövqəladə tədbirlər
 
Rəsmi məlumatlara əsasən, hücum nəticəsində 22-23 nəfər xəsarət alıb, onların arasında uşaqlar və 39 həftəlik hamilə qadın da var. Bir nəfərin vəziyyəti ağır, bir neçə nəfərin durumu isə orta ağır qiymətləndirilir. 14 nəfərə yerində tibbi yardım göstərilib.
 
FHN əməkdaşları dağıntılar altından 14 nəfəri, o cümlədən 3 uşağı xilas ediblər. Zərər görmüş mənzillərin sakinləri müvəqqəti olaraq "dayanıqlıq məntəqələri"nə təxliyə olunub. Hadisə yerlərində xilasedicilər, polis, psixoloqlar və kommunal xidmətlər çalışır. Ümumilikdə 160-dan çox xilasedici əməliyyatlara cəlb edilib.
Enerji obyektinə təkrar zərbə və Zelenskinin çağırışı
 
Odessa vilayətinin hərbi administrasiya rəhbəri Oleq Kiperin sözlərinə görə, hücum zamanı düşmən enerji obyektini yenidən hədəfə alıb. Energetiklər dağıntıların çox ciddi olduğunu və bərpa işlərinin uzun zaman tələb edəcəyini bildiriblər. Təhlükəsizlik icazəsindən sonra qəza-bərpa briqadaları işə başlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski də hücuma münasibət bildirərək vurğulayıb ki, Rusiyanın əsas hədəfləri yenə də enerji sistemi və mülki obyektlərdir. O, Qərb ölkələrini təcavüzkara qarşı təzyiqləri artırmağa və Ukraynaya daha çox dəstək verməyə çağırıb. Prezidentin sözlərinə görə, yalnız Odessada beş yaşayış binası ciddi zərər görüb və onlarla mülki şəxs yaralanıb.
 
Dronlar və hava şəraiti müharibənin gedişini dəyişir
"The New York Times" nəşrinin yazdığına görə, Ukraynada müharibə artıq klassik "qış sakitliyi" mərhələsini geridə qoyub. Döyüşlərin gedişinə əsasən dronlar və hava şəraiti təsir edir. Həm Ukrayna, həm də Rusiya ağır zirehli texnikadan daha az istifadə edir, əvəzində pilotsuz uçuş aparatları kəşfiyyat və zərbə vasitəsi kimi həlledici rol oynayır.
Hərbi ekspertlər bildirir ki, qış şəraiti dron müharibəsində paradoks yaradır: bir tərəfdən yarpaqsız ağaclar və qar üzərində izlər canlı qüvvəni daha görünən edir, digər tərəfdən isə şaxta, qar və duman pilotsuz aparatların effektivliyini azaldır. Analitiklərin fikrincə, bu şərait adətən müdafiə olunan tərəfin xeyrinə işləyir və müharibənin daha da uzanmasına səbəb olur.
Chosen
46
moderator.az

1Sources