EN

Azərbaycan-İsrail əməkdaşlığında yeni perspektivlər

Azərbaycan ilə İsrail arasında əməkdaşlıq müxtəlif sahələrdə uzun müddətdir inkişaf edir. Sadə hərbi sahədə artıq ciddi nəticələr əldə olunub, lakin gələcəkdə bu əməkdaşlığın daha geniş miqyasda davam etməsi planlaşdırılır.


Politoloq Elşən Mustafayev News365.az-a açıqlamasında bildirib ki, İsrail Xarici İşlər Nazirliyi nümayəndə heyətinin Azərbaycana səfəri təkcə rəsmi görüşlərdən ibarət deyil, həm də iki ölkə arasında enerji, hərbi və digər sahələrdə əməkdaşlığın perspektivlərinə işıq salır.

"Bir həftə öncə İsrail Xarici İşlər Nazirliyinin müavini Azərbaycanda görüşlər keçirdi. Bu görüşlərin nəticəsi ilə bağlı açıqlamalarda müəyyən mesajlar verildi. Lakin Azərbaycan özü maraqlandığı sahələrdə əməkdaşlığı istədiyi tərəfdaşlarla davam etdirə bilər. Kiminsə buna razılıq verməsi və ya icazə verməsi tələb olunmur. Azərbaycan müstəqil siyasətini davam etdirir", – deyə politoloq vurğulayıb.

Elşən Mustafayev əlavə edib ki, bu səfər həmçinin Azərbaycanın xarici siyasət xəttinə uyğun olaraq mesaj göndərmək məqsədini daşıyır.

"Əsas məsələ odur ki, Azərbaycan öz maraqlarını qoruyaraq, əməkdaşlıq etdiyi tərəflərlə müstəqil əlaqələr qurur. Görüşlərdə də bu prinsip əsas götürülüb", – politoloq bildirib.

Chosen
11
news365.az

1Sources