"Yuventus" klubu Kenan Yıldızla müqavilə uzatmaq üçün apardığı danışıqlarda xoşbəxt sona yaxındır.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" türkiyəli futbolçunun sözləşməsini 2031-ci ilə qədər uzatmaq istəyir.
Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Tərəflər arasında son danışıqlar gedir.
Kenan yeni kontraktla birlikdə illik 6 milyon avro qazanacaq.
O, cari mövsüm 29 oyunda 9 qol vurmağı bacarıb.