EN

Səhiyyə nazirinin keçmiş müavini həbs olundu

Gürcüstanın da Səhiyyə nazirinin keçmiş müavini İliya Quduşaüri saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun vəkili Dimitri Mçedlişvili məlumat verib.

Vəkilin sözlərinə görə, Quduşaüri ötən gecə saxlanılıb. O bildirib ki, saxlanılan şəxs hazırda Diğomi təcridxanasına aparılıb:“Hazırda heç nə deyə bilmərəm. İşə yenicə qoşulmuşam. Bildiyimə görə, hələ ittiham irəli sürülməyib. İşin materialları bizə təqdim olunmayıb, onlarla tanış deyiləm. Bu gün daxil olub onunla görüşməyi planlaşdırıram, mümkündür ki, bu, ittihamın irəli sürülməsi ilə eyni vaxta təsadüf etsin. Bildiyim qədərilə, ötən gecə saxlanılıb”, –deyə vəkil qeyd edib.

Qeyd edək ki, İlia Quduşauri 3 yanvar 2022-ci ildə Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini təyin edilib və bu vəzifəni 2024-cü ilin mart ayına qədər tutub. İlia Quduşauri Səhiyyə Nazirliyinin maliyyə-iqtisadi şöbəsinə rəhbərlik edib.

Chosen
21
nocomment.az

1Sources