EN

Qırğızıstanda bağçalarda terror aktı törətməklə hədələyən yeniyetmə saxlanılıb

Bakı. Trend:

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK)əməkdaşları respublikanın Cəlalabad vilayətində məktəblərdə və uşaqbağçalarında terror aktları törətməklə hədələyən yetkinlik yaşınaçatmayan vətəndaşı saxlayıblar.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə MTDK-nın mətbuatxidməti məlumat yayıb.

“Cəlalabad vilayətinin Kəzarman kəndində məktəblərdə və uşaqbağçalarında terror aktı törətmək barədə hədələyici mesajlarınmüəllifi saxlanılıb”, - məlumatda qeyd olunub.

Şübhəli şəxs partlayışlar təşkil etmək niyyətini “Facebook”sosial şəbəkəsində yazıb. O, məktəblərin birində 8-ci sinifşagirdidir.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənedilib ki, yeniyetmə “internet-terrorçuların təsiri altına düşüb”və ona göstərilən psixoloji təsirdən sonra “terror aktı törətməkniyyətində olub”.

Məqalədə:
Chosen
70
az.trend.az

1Sources