EN

Azərbaycanda araq istehsalının illik həcmi 100 min dekalitrə çatdırılacaq

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

2032-ci ilə qədər Azərbaycanda araq istehsalının illik həcminin mərhələli şəkildə artırılmaqla 100 min dekalitrə çatdırılması nəzərdə tutulur.

Məlumata görə, "Qida təhlükəsizliyi haqqında" qanunvericiliyə əsasən, alkoqollu içki olan araq üzrə 2024–2025-ci illər üçün minimum istehsal həcmi 20 min dekalitr, 2026–2027-ci illər üçün isə 30 min dekalitr müəyyənləşdirilib.

Bu arada, Dövlət Vergi Xidmətində alkoqollu içkilərin istehsalı sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə qeyd olunan sahədə qanunvericiliyə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Xüsusilə "Qida təhlükəsizliyi haqqında" qanunun 24-cü maddəsinə edilmiş dəyişikliklər çərçivəsində arağın illik minimum istehsal həcmi ilə bağlı tələblər diqqətə çatdırılıb, bu tələblərə riayət edilməməsinin qeydiyyatın ləğvi üçün əsas olduğu vurğulanıb, fəaliyyətin qanunvericiliyin tələbləri çərçivəsində davam etdirilməsi məqsədilə real istehsal həcmlərinə uyğun dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunmasının vacibliyi bildirilib.

Görüş zamanı aksizli malların, o cümlədən alkoqollu içkilərin (pərakəndə satış istisna olmaqla) nağd qaydada və qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə rəsmiləşdirilmədən alqı-satqısının həyata keçirilməsinin, habelə aksiz markası ilə markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış məhsulların istehsalı və satışının yolverilməz olduğu vurğulanıb. Bu sahədə vergi nəzarəti tədbirlərinin mütəmadi olaraq həyata keçiriləcəyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
5
azpolitika.info

6Sources