EN

Kiyevdə vəziyyət gərgindir – Rusiyanın hücumu həyatı məhv etdi

Rusiyanın hücumundan sonra Kiyevdə 900-dən çox çoxmənzilli bina hələ də istiliklə təmin olunmur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski selektor müşavirəsinin yekunlarına dair “Telegram” kanalında məlumat verib.

“Bu gün səhər vəziyyətinə görə paytaxtın sol sahilində yerləşən bir neçə rayonda 926 bina hələ də istiliksiz qalıb”, – deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, fəsadların aradan qaldırılması üçün əlavə generatorlar cəlb olunub. Bu prosesdə Energetika Nazirliyi və Daxili İşlər Nazirliyi iştirak edir. “Bütün Ukrayna üzrə ehtiyatlar paytaxta yardım üçün səfərbər olunub”, – deyə dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, yanvarın 24-nə keçən gecə Rusiya qoşunları Kiyevə pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə kombinə olunmuş zərbə endirib. Hücum nəticəsində azı bir nəfər ölüb, ağır vəziyyətdə olan üç nəfər yaralanıb.

Zərbədən sonra paytaxtın yaşayış fondunun təxminən yarısı — 6 minə yaxın çoxmənzilli bina istiliksiz qalmışdı. Yanvarın 24-ü axşam saatlarında bu rəqəm 3300 binaya enmişdi. Yanvarın 26-na olan məlumata görə isə 1200-dən çox bina hələ də istiliklə təmin olunmurdu.

Sara

Chosen
52
nocomment.az

1Sources