EN

Fransada 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişi qadağan olunur

Bakı. Trend:

Fransalı deputatlar yaşı 15-dən az olan uşaqların sosialşəbəkələrə girişinin qadağan edilməsi ilə bağlı qanunu təsdiqləyib.Qanun eyni zamanda ibtidai və orta məktəblərdə mobil telefondanistifadəni qadağan edir.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sentyabr ayından (2026) qüvvəyə minəcək qanununlehinə 130, əleyhinə 21 deputat səs verib. Bu təşəbbüsə Fransaprezidenti Emmanuel Makron güclü dəstək göstərib. Makron elmitövsiyyələrə əsaslanaraq yerli ictimaiyyətin uşaqları təhlükəlialqoritmlərdən qorumağa səsləyib.

Bu addım Avropada artan bir tendensiyanı əks etdirir: BöyükBritaniya hökuməti də gənc yeniyetmələr üçün oxşar qadağalarınəzərdən keçirir, Aİ siyasətçiləri isə ittifaq üzrə sosialşəbəkələrə giriş baxımından minimum yaş həddinin 16 olaraqmüəyyənləşdirilməsini müdafiə edirlər.

Fransanın səhiyyə sahəsində nəzarət orqanının hesabatına görə,bir çox yeniyetmə smartfonlarda xeyli vaxt keçirir ki, bu daözünəinamın azalması və zərərli məzmuna məruz qalma ilə bağlınarahatlıqlar yaradır.

Məqalədə:
Chosen
57
1
az.trend.az

3Sources