EN

Nazir müavini vəzifəsindən azad edildi

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad olunub.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

1985-ci il təvəllüdlü S.Cəfərov Azərbaycan Prezidentinin 2020-ci il 30 iyul tarixli sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Dövlət başçısının digər sərəncamları ilə Zaur Əliyev və Seymur Səfərli kənd təsərrüfatı nazirin müavinləri təyin ediliblər.

Chosen
86
50
nocomment.az

10Sources