EN

"Liverpul"un baş məşqçisi: Onlar "Qarabağ"la görüşü buraxacaq

BAKI, 27 yanvar. TELEQRAF

“Çempionlar Liqasında ilk pilləni tutub-tutmayacağımız önəmli deyil, əsas ilk 8-də yer almaqdır”.

Teleqraf xəbər verir ki, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot evdə “Qarabağ”la keçirəcəkləri UEFA Çempionlar Liqası oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis komandadakı itkilər barədə də məlumat verib: “Co Qomeslə İbrahima Konate sabah bizimlə olmayacaqlar. Onların bərpa müddəti uzun çəkməyəcək, amma ‘Qarabağ’la matçı buraxacaqları dəqiqdir”.

Qeyd edək ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Chosen
115
teleqraf.com

1Sources