EN

Yeddi futbol azarkeşinin öldüyü dəhşətli qəzanın videogörüntüləri YAYILDI

Rumıniyada baş verən avtomobil qəzasında Yunanıstanın PAOK klubunun yeddi azarkeşi həlak olub.

Publika.az xəbər verir ki, Yunanıstan klubunun azarkeşləri mikroavtobusla Fransanın "Lion" komandasına qarşı Avropa Liqası matçına gedirmişlər. Maşında on nəfər olub. Onlardan üçü sağ qalıb, lakin hamısı xəstəxanada ağır vəziyyətdədir.

"Lion" sosial mediada PAOK ilə oyundan əvvəl bir dəqiqəlik sükut elan ediləcəyini açıqlayıb. "Lion" həmçinin PAOK-a başsağlığı verib.

"Lion" və PAOK arasında oyun 30 yanvarda keçiriləcək. Komandalar meydana Bakı vaxtı ilə saat 00:00-da çıxacaqlar.

"Mash na sport" azarkelərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzasının videogörüntülərini yayıb:

Chosen
43
publika.az

1Sources