EN

Rusiyada azyaşlı əcnəbilərin sayı kəskin azalıb

2025-ci ilin əvvəlindən bəri göstərici təxminən 25 faiz aşağı düşüb…

Poliqon xəbər verir ki, Rusiyada yaşayan azyaşlı əcnəbilərin sayı 2025-ci ilin əvvəli ilə müqayisədə təxminən 25 faiz azalıb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib. Onun sözlərinə görə, ötən ilin avqustunda ölkə ərazisində 18 yaşadək 680 mindən çox əcnəbi qeydə alınmışdı. “Kommersant” yazır ki, son aylarda bu göstəricidə ciddi azalma müşahidə olunur.

Məlumata görə, yanvarın 28-dən etibarən Rusiyada miqrant uşaqları ilə bağlı məlumat mübadiləsini nəzərdə tutan yeni qanun qüvvəyə minib. Qanuna əsasən, Daxili İşlər Nazirliyi ilə təhsil sahəsini idarə edən qurumlar arasında məlumatların paylaşılması təmin ediləcək. Bu mexanizm məktəbə cəlb olunmayan uşaqların müəyyənləşdirilməsinə və onlarla fərdi iş aparılmasına imkan yaradacaq.

Rusiya hökuməti həmçinin miqrant uşaqlarının ölkədə qalma şərtlərini müəyyənləşdirməyi planlaşdırır. Müvafiq qaydaların 31 mart 2027-ci ilədək hazırlanması nəzərdə tutulur. Bu prosesə Daxili İşlər Nazirliyi və Maarif Nazirliyi cavabdeh qurumlar kimi cəlb olunub.

Poliqon.info

Chosen
16
poliqon.info

1Sources