EN

Azərbaycanda hostel və qonaq evləri üçün YENİ STANDARTLARVİDEO

Ölkədə hotellər kimi hostellər və qonaq evləri üçün də müəyyən standartlar ola bilər.  Hostel və qonaq evləri ilə bağlı bu günədək vahid standart yoxdur.  Yeni yanaşmaya əsasən, bu sahədə də müəyyən standartlar qoyula bilər.

Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Göydəniz Qəhrəmanov bildirir ki, turizm sektorunun dünya standartları səviyəsinə qaldırılması əsas məqsədlrədəndir.

Deputatın sözlərinə görə, turizmdə əsas yük məhz özəl sektorun üzərinə düşür. Bu baxımdan xidmət keyfiyyətinə vahid yanaşmaya ehtiyac yaranır.

Göydəniz Qəhrəmanov vurğulayıb ki, ildən-ilə ölkəyə gələn turistlərin sayı artır. Bu isə sektorun beynəlxalq standartlara uyğunlaşmasını zəruri edir. Bir çox ölkələrdə hostellər və qonaq evləri də dövlət tərəfindən müəyyən olunan minimum tələblərlə fəaliyyət göstərir. Azərbaycanda da turizmin prioritet sahə kimi inkişafı bu istiqamətdə addımların atılmasını qaçılmaz edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
66
xezerxeber.az

1Sources