EN

“Azərbaycanda “Liverpul” azarkeşləri çoxdur”- Qurban Qurbanov

Ajans.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında “Liverpul”a qarşı keçirəcəkləri matçdan əvvəl deyib.  O, İngiltərə klubunun Azərbaycandakı azarkeşlərindən danışıb:

“Həmin azarkeşlərin içində elələri var ki, mən onları şəxsən tanıyıram. 10-15 ildir ki, bu komandanı dəstəkləyirlər. Bəziləri bu oyun üçün İngiltərəyə gəlib. Düzdür, onlardan soruşmadım ki, sabah “Liverpul”u, yoxsa “Qarabağ”ı dəstəkləyəcəklər. Yəni bu komanda Azərbaycanda sevilir. Ümid edirəm ki, bu oyundan sonra da ölkəmizdə futbola maraq çoxalacaq”.

Chosen
28
2
Ajans.az

3Sources