EN

İki legionerdən sonra onu “Neftçi”dən icarəyə götürdülər - RƏSMİ

“Qəbələ” Rza Cəfərovu “Neftçi”dən icarəyə götürüb.

Sportinfo.az xəbər verir ki, bölgə klubu keçidi rəsmi saytı vasitəsilə elan edib.

22 yaşlı qapıçı mövsümün sonuna kimi “qırmızı-qaralar”ın şərəfini qoruyacaq.

Rza Cəfərov Azərbaycan milli komandasının heyətində 6 oyun keçirib.

“Qəbələ” bundan əvvəl İsmahel Akinade və Seydina Keyta ilə də müqavilə bağlayıb.

Chosen
71
50
sportinfo.az

10Sources