Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan SülhŞurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb.
Trend xəbər verirki, bu barədə təşkilatın “X” sosial şəbəkə hesabında paylaşılanaçıqlamada bildirilib.
“Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızıntəsisçi üzvü kimi salamlayır”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh ŞurasınınNizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanmamərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də həmintədbirdə iştirak edib.