EN

ABŞ-də Konqres üzvünə hücum olundu

BAKI, 28 yanvar. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü İlhan Omar Minnesotanın Minneapolis şəhərində çıxışı zamanı naməlum şəxsin hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, hadisə "Fox News" telekanalının canlı yayımı zamanı baş verib.

Görüntülərdən aydın olur ki, Omar çıxış edən zaman zalda olan bir şəxs səhnəyə yaxınlaşaraq onun istiqamətinə naməlum maye püskürtüb.

ABŞ mediasının yazdığına görə, maddə kəskin qoxulu olub. Hücum edən şəxs dərhal saxlanılıb. Bundan sonra İlhan Omar çıxışını davam etdirib.

Omar Daxili Təhlükəsizlik naziri Kristi Noemin istefası və ya impiçmentə cəlb olunması, həmçinin Miqrasiya və Gömrük Xidmətinin ləğvi ilə bağlı çağırış edib.

Chosen
71
teleqraf.com

1Sources