ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə təşkilatın “X” sosial şəbəkə hesabında paylaşılan açıqlamada bildirilib.
“Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də həmin tədbirdə iştirak edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.