AZ

"Sülh Şurası" Azərbaycanı təsisçi üzv kimi salamlayıb

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza üzrə "Sülh Şurası" Azərbaycanı təsisçi üzv kimi salamlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə təşkilatın X sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunan yazıda bildirilir.

Mesajda qeyd olunur: "Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır".

Xatırladaq ki, yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi" (Board of Peace Charter) sənədinin imzalanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Almaz Həsənli

Seçilən
27
5
oxumeni.az

10Mənbələr