EN

Horovluya növbəti 20 ailə yola salınıb

Cəbrayıl rayonunun Horovlu kəndinə 20 ailə, 77 nəfər köçürülüb. 
Bu barədə Qaçqınların vəMəcburi Köçkünlər üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

Cəbrayıla ilk köç sentyabrın 26-da baş tutub.

İlin sonuna kimi Qarabağın 5 rayonuna məcburi köçkünlərin qaytarılması nəzərdə tutulub.

Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib. 
 

Aytac Zeynalova

Chosen
22
1
anews.az

2Sources