EN

Sürüdən ayrı düşən pinqivin- sosial mesaj, yoxsa bioloji sapma?

İnsanların motivə edilməyə o qədər ehtiyacı var ki, beynində problem olan pinqvin belə insanları motivə edə bilir…
Sürüdən ayrılıb buz dağlara doğru gedən bir pinqvin görüntüsü müxtəlif psixoloji və fəlsəfi mənalarla izah olunmağa çalışılır.
Amma reallıq daha sadə və daha soyuqdur. Bu pinqvin sürüdən şüurlu seçim etdiyi üçün yox, instinkt mexanizminin pozulması səbəbilə ayrılır. Elmi baxımdan bu cür davranış dezoriyentasiya ilə izah olunur və pinqvinin qərar verməsi ilə deyil, bioloji nasazlıqla bağlıdır.
Pinqvinlər normalda dənizə doğru kollektiv hərəkət edir, çünki qida və yaşamaq imkanı yalnız oradadır. Xəstəlik, nevroloji pozuntu, hormonal balanssızlıq və ya daxili istiqamət mexanizminin sıradan çıxması isə fərdi pingvinin sürünün davranışını izləməsinə mane ola bilər. Bu halda pingvin instinktiv olaraq yanlış istiqamət seçir və buz səhrasına, dağlıq ərazilərə doğru hərəkət edir. Təbiətdə bu nadir, amma mümkün olan bioloji sapmadır və adətən geri dönüşü olmayan nəticə ilə bitir.
Bu pingvin “fərqli” deyil.
Sonradan bu görüntüyə yüklənən psixoloji, sosioloji və fəlsəfi izahlar hadisənin özündən yox, onu izləyən insanların ehtiyaclarından doğur. İnsanlar motivasiyaya ehtiyac duyduqları üçün bu görüntüdə məna axtarırlar.
Halbuki elm baxımından burada nə sosial mesaj var, nə də “hamıdan fərqli yol” seçimi. Bu pinqvin sürüdən ona görə ayrılmayıb ki, fərqli düşünür, ona görə ayrılıb ki, beynində funksional problem var. Elm bu cür halları romantikləşdirmir və “fərqlilik” kimi yox, bioloji sapma kimi izah edir.
Chosen
32
news365.az

1Sources