EN

"PAŞA Bank"ın 932 926 ədəd adi, adlı səhmi bazara təklif olunacaq - Cavid Quliyev

Bakı. Trend:

Səhmlərin İlkin Kütləvi Təklif üsulu ilə yerləşdirilməsi Banküçün növbəti strateji inkişaf mərhələsidir.

Trend xəbərverir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri və baş icraçıdirektoru Cavid Quliyev rəhbərlik etdiyi bankın səhmlərinin İlkinKütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə həsr olunmuş mətbuatkonfransında bildirib.

Onun sözlərinə görə, IPO prosesinə qoşulan ilk özəl Bank məhz“PAŞA Bank”dır:

""Paylaşdıqca, böyüyürük. Birlikdə."şüarı ilə keçirilənsəhmlərinin yerləşdirilməsi, bankımıza daha şəffaf, dayanıqlı vəinvestorlar üçün uzunmüddətli dəyər yaradan bir maliyyə institutukimi fəaliyyətini genişləndirmək imkanı verir. Hazırkı mərhələdəyerləşdirilməsi nəzərdə tutulan səhmlərin həcmi Bank kapitalının 5faizinə bərabər olmaqla, 932 926 ədəd adi, adlı səhmdənibarətdir".

O qeyd edib ki, “PAŞA Bank” hər zaman real sektorun etibarlımaliyyə tərəfdaşı olub və bu
missiyanı uğurla davam etdirir.

“İllər ərzində dayanıqlı və məqsədyönlü inkişaf bizim səhmbazarına çıxışımıza təkan oldu. Bu addım ölkə iqtisadiyyatına,xüsusilə də qeyri-neft sektorunun inkişafına daha güclü töhfəverməmiz üçün yeni fürsətlər yaradır”, – deyə, Bankın baş icraçıdirektoru vurğulayıb.

Qeyd edək ki, “PAŞA Bank” 2007-ci ildə yaradılmış Azərbaycanınaparıcı korporativ maliyyə institutlarından biridir. Bankkorporativ və kiçik və orta biznes müştərilərinə investisiyabankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarəedilməsi və klassik bank xidmətləri təqdim edir.

Fəaliyyətinin əsas məqsədi qeyri-neft sektorunun inkişafınadəstək vermək, real sektor bizneslərinin maliyyə ehtiyaclarınıqarşılamaq və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfəverməkdir. “PAŞA Bank” Azərbaycanla yanaşı Gürcüstan və Türkiyədədə xidmət göstərir. Bank 2024–2025-ci illərdə yerli sahibkarlığıninkişafına verdiyi töhfələrə görə “Euromoney”, “InternationalInvestor” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlərtərəfindən müxtəlif mükafatlarla, o cümlədən “Ən yaxşı KOS bankı”və “World’s Best Private Banks 2025” kimi titullarla təltif olunub.2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin şirkəti”nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycanbankı olub.

Məqalədə:
Chosen
112
11
az.trend.az

10Sources