EN

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün "Liverpul"la üz-üzə gələcək -TURNİR CƏDVƏLİ

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.

 

Senzor.az bildirir ki, qarşılaşma "Enfild" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.

 

Xatırladaq ki, Mersisayd təmsilçisi hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. "Qarabağ" 10 xalla 18-ci sıradadır.

 

Yeri gəlmişkən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Liverpul şəhərində “Enfild” stadionunda dünən keçirilən mətbuat konfransında bildirib ki, bu cür böyük oyunlar bir imtahandır və bu səbəbdən həm də böyük məsuliyyət tələb edir: “Çox sınaqlarımız olub və şükürlər olsun ki, indiyədək bu sınaqlardan pis çıxmamışıq. Sabah da daha yaxşı nəticə əldə etmək şansımız var. Əgər indiyədək əldə etdiyimiz nəticələrdən daha yaxşısını qazanmaq imkanımız varsa, bu həm sınaqdır, həm imtahandır, həm də ciddi məsuliyyətdir. Bu qarşılaşma həmin imtahanlar arasında ən yüksək səviyyədə olanlardan biridir. Biz “Liverpul”a qarşı həddindən artıq diqqətli olmalıyıq”.

 

Təcrübəli mütəxəssis hər oyuna real yanaşmağın vacibliyini də vurğulayıb: “Hər oyuna real baxmaq lazımdır. Daha məsuliyyətli, daha çox diqqət mərkəzində olan qarşılaşmaların içinə giririk. Ola bilsin, nəticə istədiyimiz kimi olmasın. Amma hər iki halda bu oyunlar çox danışılacaq”.

Chosen
78
14
senzor.az

10Sources