EN

NASA-nın “WB-57” təyyarəsi Texasda qəza enişi edib

BAKI, TurkicWorld

NASA-nın “WB-57” tədqiqat təyyarəsi şassinin açılmaması səbəbindən Texas ştatının Ellinqton Hava Limanına qəza enişi edib.

TurkicWorld xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Kadrlarda təyyarənin gövdəsinin alt hissəsi ilə uçuş-enmə zolağına toxunaraq alov və qığılcımlar saçdığı, sürüşərək eniş etdiyi görünür.

Daha sonra NASA hadisənin şassinin açılmaması səbəbindən baş verdiyini və bunun mexaniki nasazlıqdan qaynaqlandığını təsdiqləyib. Qəza xidmətlərinin operativ fəaliyyəti sayəsində pilot və sərnişinlər təyyarəni heç bir xəsarət almadan təhlükəsiz şəkildə tərk ediblər.

Hazırda nasazlığın səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.

Chosen
20
2
turkic.world

3Sources