AZ

Şassisi açılmayan NASA təyyarəsi sərt eniş edib

NASA-nın "WB-57" tədqiqat təyyarəsi şassinin açılmaması səbəbindən Texas ştatının Ellinqton Hava Limanına qəza enişi edib.

"Report" xəbər verir ki, bu barədə məlumat yerli KİV-lərdə yer alıb.

Kadrlarda təyyarənin məcburi eniş edərək gövdəsinin alt hissəsi ilə uçuş-enmə zolağına toxunduğu, alov və qığılcımlar saçaraq sürüşdüyü görünür.

Daha sonra NASA şassinin açılmaması səbəbindən baş tutan enişin mexaniki nasazlıqdan qaynaqlandığını təsdiqləyib. Qəza xidmətlərinin operativ fəaliyyəti sayəsində pilotla sərnişin təyyarəni heç bir xəsarət almadan təhlükəsiz şəkildə tərk ediblər.

Nasazlığın səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.

Seçilən
29
2
far.az

3Mənbələr