EN

Trampdan Suriya ilə bağlı mühüm bəyanat: Çox böyük problemi həll etdik

ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Suriya ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, Tramp bölgədəki diplomatik təmaslardan məmnunluğunu dilə gətirib.

O, Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşünə toxunub:

"Suriya prezidenti ilə gözəl görüş keçirdim. Suriyada hər şey çox yaxşı gedir, biz bundan çox məmnunuq. Suriya ilə birlikdə böyük bir problemi həll etdik. Buna görə də çox xoşbəxtik".

Chosen
3
publika.az

1Sources