ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Suriya ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, Tramp bölgədəki diplomatik təmaslardan məmnunluğunu dilə gətirib.
O, Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşünə toxunub:
"Suriya prezidenti ilə gözəl görüş keçirdim. Suriyada hər şey çox yaxşı gedir, biz bundan çox məmnunuq. Suriya ilə birlikdə böyük bir problemi həll etdik. Buna görə də çox xoşbəxtik".