EN

Reklamlarda uşaqların görüntüsünün istifadəsinə məhdudiyyət qoyulur

Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz edən şəxslərin razılığı ilə istifadə oluna bilər.

XQ xəbər verir ki, bununla bağlı Azərbaycanda yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsindən irəli gələrək "Reklam haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan dəyişiklikdə qeyd olunub ki, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.

Xatırladaq ki, yeni hazırlanmış "Uşaq hüquqları haqqında" qanun layihəsinə əsasən, dövlət uşaqları mənəvi və fiziki baxımdan zərərli olan reklamlardan müdafiə edir.

Layihədə qeyd edilib ki, uşaqların zərərli reklamdan müdafiəsinin əsas prinsipləri və reklama dair tələblər "Reklam haqqında" qanunla müəyyən ediləcək.

Chosen
46
4
xalqqazeti.az

8Sources