EN

Şəhid İlqar Burcəliyevə həsr edilmiş kitab işıq üzü gördü

Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Qayıtmayan igidim, Zəfərimin İlqarı” adlı yeni kitabı nəşr edilib.

Kulis xəbər verir ki, kitab 44günlükVətənmüharibəsi zamanı 27 sentyabr 2020-ci il tarixində Talış kəndi, Talış yüksəkliyi və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlikzirvəsinəucalanİlqarVüqaroğluBurcəliyevin əziz xatirəsinə həsr olunub.

Kitabda həmçinin onunla bağlı döyüş yoldaşlarının, dostlarının və ailə üzvlərinin xatirələri toplanılıb. Həmçinin şəhid İlqar Burcəliyevin qısa döyüş yolu geniş şəkildə işıqlandırılıb. Eləcə də yeni nəşrdə ErmənistanınAzərbaycanıntarixitorpaqlarınaaçıqformadaəraziiddiaları ilə çıxışlaretməkləölkəmizəqarşıhərbitəcavüzündən geniş şəkildə bəhsedilib.

Xatırladaq ki, xronoloji ardıcıllıqla ensiklopedik məlumat xarakterli kitab “Star çap evi” mətbəəsində nəfis tərtibatda Kəpəz Peşəkar Futbol Klubunun maliyyə dəstəyi ilə nəşr edilib.

Yeni nəşr olunan kitabın redaktorları isə Sailə Məhərrəmqızı, Vaqif Əmiraslan və Fuad Cavadzadədir.

Yeninəşrgenişoxucukütləsiüçünnəzərdətutulub.

Chosen
10
1
kulis.az

2Sources