EN

Zelenski terror hücumları ilə danışıqları pozmağı planlaşdırır Zaxarova

Ukrayna Prezidenti Volodimir Zelenski terror aktları törətmək və mülki şəxsləri hədəf almaqla sülh danışıqlarını pozmağı planlaşdırır.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə müsahibəsində bildirib.

"Zelenski rejimi təmaslara necə reaksiya verir? Bəli, zərbələr məhz mülki şəxsləri və ictimai obyektləri hədəf alır. Bunlar sadəcə zərbələr deyil, terror hücumlarıdır",- diplomat vurğulayıb.

İlahə Qənbərli

Missiya.Az

Chosen
43
missiya.az

1Sources