EN

Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi - RƏSMİ

Artan sərnişin tələbatını təmin etmək məqsədilə 1 fevral tarixində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib.

Day.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu istiqamətlər üzrə gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə də səfər etmək mümkündür.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Chosen
102
34
day.az

10Sources