EN

Abşeron İH-nin vəzifəlisinin vazkeçilməyən adamı Qiyas həbs edilib nədən buraxıldı? - Külli-miqdarda pulu alınıb aldadılanlar məhkəməyə üz tutdu

Abşeron rayon İH-də yenidən həbslrin olacağı göründüyü qədər qaçılmazdır.

Paytaxt.org-un əməkdaşına icra hakmiyətindəki mötəbər mənbəmizin verdiyi məlumatda belə deyilib .

İddia olunub ki, yaxın günlərdə Abşeron icra hakimiyyətində çeşitdli həbslər gözlənilir.

Belə ki, keçən il koorrupsiya əməlinə görə saxlanılanılıb, "gizli əl"in hesabına buraxılanlar işlərini məhkəmədə həll etməyə çalışırlar. Mənbənin sözlərinə görə "neçə vaxtı Masazırda ağ tofaş avtomobili ilə olmayan saxtakarlıqlar və qanunsuz tikinti işlərinini Abşeron rayon icra hakimiyyəti adına həyata keçirən Qiyas adlı şəxs nəhayyət hüquq - mühafizə orqanları tərəfindən saxlanılır. Amma, necəsə olur Qiyas bəy həbsə yox azadlığa buraxılır. Və, törətdiyi əmələ görə Qiyas bəyin azadlığı burda bitmir.  Obyek və fərdi ev tikintisi aparmaq istəyən bir qrup şəxsdən külli-miqdarda pul alaraq aldatmışdır. Bir qrup vətəndaş Qiyas tərəfindən aldadıldığı üçün Abşeron rayon Məhkəməsinə müraciət edərək ədalət tələb edirlər.

Onuda qeyd edək ki, Qiyas bəy Masazır qəsəbəsində də Zahid müəllimin özəl sistemi ilə öz koorrupsiya əməllərini həyata keçirərək illərdir kənd təssərüfatına aid torpaq ərazilərini  və su kəmərləri keçən yerləri obyekt və fərdi ev tikintisi aparılmasına görə böyük pul məbləğı qarşılığında bir çox şəxslərə icazələr vermişdir. Qanunsuz tikintilərin aparılması və çox sayda vətəndaşdan tikinti üçün külli-miqdarda pul alaraq aldatması onun saxlanmasına səbəb olmuşdur. Dediyimiz kimi hansısa qüvvə Qiyas bəyi hələ ki həbsdə olmağa imkan verməməkdədir. Hazırda törətdiyi koorrupsiya əməlinə görə Abşeron rayon Məhkəməsində azadlıqla türmə arasında mübarizə aparan Qiyas bəy "mənim arxamdada Zahid müəllim var kimsə bir şey edə bilməz" deməkdən belə çəkinməməkdədir. Bu azmış kimi arxasına böyük qüvvə alan Qiyas bəy Masazır qəsəbəsində İH-nın adana apardığı işi bu dəfə Saray qəsəbəsində həyata keçirməyə başlayıb. Saray qəsəbəsində ev və obyekt tikinti sahiblərinə şifahi icazə üçün Abşeron RİH-də mühüm vəzifə tutan (aparatın indiki qara kasası Zahid müəllimin köstərişi ilə (Qiyasın dediyinə görə)böyük məbləğdə pul tələbləri irəli sürüb. Buda qəsəbə obyekt, fərdi ev tikmək istəyən vətəndaşlar arasında haqalı narazılıqlar yaradır.

Bir sözlə, Abşeron Rayon icra Hakimiyyəti vəzifəlisi Zahid müəllimin vazkeçilməyən adamı Qiyas bəy  Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər dövlət orqanları adından da çıxış edərək pul yığmaqdan çəkinməyib" deyən mənbəmiz, ali qanunlarımızın bu məlumatlara da istinad etməsin dilədiyin bildirir.

Ardı var

Günay Cəfərli

Paytaxt.org


Chosen
23
paytaxt.org

1Sources