EN

Bakıda ilk salınacaq tramvay xətti Mehdiabaddan metronun “28 May” stansiyasınadək olacaq VİDEO

Bakı, 28 yanvar, AZƏRTAC

Tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülür. İlk salınacaq tramvay xətti Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasınadək olacaq. Artıq texniki hazırlıq işləri bitib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.

Onun sözlərinə görə, layihələndirmədən sonra inşa işlərinə başlanılacaq.

“Tikinti işlərini həyata keçirəcək şirkətlər inşa prosesinə başlandıqdan 3 il sonra işləri başa çatdıracaqlarına söz veriblər. Marşrut üzrə “Sea Breeze” daxilində, yolun yatağında tramvay üçün yer rezerv edilib ki, növbəti mərhələdə inşa oluna bilsin”, - deyə qurum rəhbəri əlavə edib.

Chosen
84
2
azertag.az

3Sources