AZ

Bakıda tramvay xətti tikiləcəkVİDEO

Tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülür. İlk salınacaq tramvay xətti Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasınadək olacaq. Artıq texniki hazırlıq işləri bitib.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.

Onun sözlərinə görə, layihələndirmədən sonra inşa işlərinə başlanılacaq.

“Tikinti işlərini həyata keçirəcək şirkətlər inşa prosesinə başladıqdan 3 il sonra işləri başa çatdıracaqlarına söz veriblər. Marşrut üzrə “Sea Breeze” daxilində, yolun yatağında tramvay üçün yer rezerv edilib ki, növbəti mərhələdə inşa oluna bilsin”, - deyə qurum rəhbəri əlavə edib. 

Bildirilib ki, tramvay xətti Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək.

Hesablamalara görə, tramvay istifadəyə verildikdən sonra həmin istiqamətlərdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir.

Nəqliyyat ekspertləri də deyirlər ki, bu, şəhərin nəqliyyat yükünü azaldacaq.

Tramvay xəttlərinin gələcəkdə paytaxtın digər ərazilərini də əhatə edəcəyi istisna edilmir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
74
2
xezerxeber.az

3Mənbələr