AZ

Şəhər nəqliyyatında dəyişiklik - Bakıda üç istiqamətdə tramvay xətti tikilir

Bakının bir sıra ərazilərində tramvay xəttinin çəkilişi layihəsi reallaşdırılır. Yeni xətt şəhər nəqliyyatının dayanıqlığını artırmaq və avtobus sıxlığını azaltmaq məqsədi daşıyır. Layihə çərçivəsində əsas küçələr və yaşayış məhəllələri tramvayla birləşdiriləcək. İşlər mərhələli şəkildə aparılır və sakinlərin rahat hərəkəti üçün müvafiq tədbirlər görülür. Tramvayın istifadəyə verilməsi ilə həmçinin ətraf mühitin qorunmasına da töhfə veriləcək.

Mövzu ilə bağlı Missiya.Az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, artıq konkret marşrutlar müəyyənləşib:

"Mehdiabad və "28 May" metrostansiyası istiqamətində, "Sea Breeze" və Bayıl ərazisində. Hazırda üç istiqamət üzrə işlər nəzərdə tutulub və bu istiqamətlərdə ilkin icra həyata keçiriləcək:

"Sonrakı mərhələdə əlverişli istiqamətlər ortaya çıxarsa və müəyyən üstünlüklər müşahidə olunarsa, əlavə layihələr də nəzərdən keçirilə bilər. Əsas seçim bu istiqamətlər üzrə aparılır, çünki ya həmin ərazilərdə ictimai nəqliyyat tam inkişaf etməyib, ya da yalnız avtobuslara əsaslanır. Avtobusların sayını artırmaqla problemi həll etmək mümkün deyil. Buna görə həmin istiqamətlərdə alternativ olaraq tramvay xətləri çəkilir. Məsələn, bəzi yerlərə metro xətləri artıq çəkmək olmur, ona görə də alternativ ictimai nəqliyyat növü kimi tramvay istifadəyə verilir və bu, vəziyyətdən çıxış yolu kimi qiymətləndirilir",- deyə Eməddin Muradlı əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
51
50
missiya.az

10Mənbələr