
Braziliyalı yarımmüdafiəçi Fredin “Fənərbaxça”dan ayrılması ilə bağlı yeni şayiələr yayılıb.
Missiya.Az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Portuqaliyanın “Benfika” klubu ilə əlaqələndirilir.
Qeyd olunur ki, “Beşiktaş”dan Rafa Silvanı transfer edən “Benfika”, indi də Fredi heyətinə qatmaq istəyir. Klubun baş məşqçisi Zinəddin Mourinyonun rəhbərliyi altında Braziliyalı ulduza artan maraq göstərdiyi bildirilir.
Fredin “Benfika”da oynamağa və Mourinyo ilə görüşməyə hazır olduğu, lakin gələcəyinin hələlik qeyri-müəyyən olduğu qeyd olunur. Onun “Fənərbaxça” ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər etibarlıdır.
Seyranə QuliyevaMissiya.Az