EN

® "Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti" mövzusunda dəyirmi masa keçiriləcək

Fevralın 3-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə "Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti" mövzusunda dəyirmi masa keçiriləcək.

Dəyirmi masada East & North Hertfordshire Teaching NHS Trust-a bağlı Lister Hospitalın həkim-otolorinqoloqu Natavan Ramazanzadə “Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti” mövzusunda məruzə edəcək. Tədbir müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.

Tədbir proqrama uyğun olaraq xüsusilə həkim-otolorinqoloq və həkim-pediatrlar və rezidentlər üçün nəzərdə tutulub.

Yerlər məhdud olduğu üçün mütləq qeydiyyatdan keçmək lazımdır.

Tədbirdə iştirak ödənişsizdir. Hər kəs tədbirə iştirak üçün dəvətlidir!

Qeydiyyat linki: https://forms.gle/L8KZbmnsL1nhggoV7

Chosen
75
2
azertag.az

3Sources