AZ

"Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti" mövzusunda Dəyirmi Masa keçiriləcək

3 fevral 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə "Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti" mövzusunda Dəyirmi Masa həyata keçiriləcək.

Dəyirmi Masada East & North Hertfordshire Teaching NHS Trust-a bağlı Lister Hospitalın otolorinqoloqu Natavan Ramazanzadə tərəfindən “Yenidoğulmuşlarda eşitmənin qiymətləndirilməsi və klinik əhəmiyyəti” mövzusunda məruzə təqdim ediləcək. Tədbir müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Tədbir proqrama uyğun olaraq xüsusilə otolorinqoloq və pediatr ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Tədbirdə iştirak ödənişsizdir. Hərkəs tədbirə iştirak üçün dəvətlidir!

Qeydiyyat linki:

http://https://forms.gle/L8KZbmnsL1nhggoV7

Seçilən
56
2
sia.az

3Mənbələr