EN

İran İsrail kəşfiyyatına casusluq etməkdə ittiham olunan şəxsi edam etdi

İran İsrail kəşfiyyat xidməti Mossadla əməkdaşlıqda və ona casusluq etməkdə günahkar bilindikdən sonra 29 aprel 2025-ci ildə həbs edilən Həmidrza Sabet Esmailpouru çərşənbə günü edam edib .

Vətəninfo.az xəbər verir ki,  Sabet Esmailpour kəşfiyyat zabiti ilə əlaqə saxlamaqda, sənədləri ötürməkdə və məxfi məlumatlar verməkdə günahkar bilinib.

Bütün hüquqi prosedurlar başa çatdıqdan sonra onun hökmü İran Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

İran qanunlarına uyğun olaraq, hökm təsdiqləndikdən və məhkəmə prosesi başa çatdıqdan sonra edam həyata keçirilib.

Chosen
18
veteninfo.az

1Sources