EN

Rus ordusu çoxmərtəbəli binalara zərbə endirib

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya ordusu Kiyev və ətraf bölgələrə dron hücumları həyata keçirib, yaşayış binalarına zərbə endirib.

Reyting.az xəbər verir ki, dron yeddimərtəbəli yaşayış binasına çırpılıb.

Zərbə 7-ci mərtəbədəki mənzildə və damda yanğına səbəb olub.

Kiyev regional polisinin məlumatına görə, zərbə nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.

Təəssüflə bildirilir ki, bir kişi və bir qadın həlak olub, onların 4 yaşlı uşağı xəsarət alıb.

Xilasedicilərin sözlərinə görə, yaralılar arasında kəskin stress reaksiyaları olan bir qadın və iki uşaq (2016 və 2021-ci il təvəllüdlü), eləcə də tüstüdən zəhərlənən bir kişi var. Onlara tibbi yardım göstərilib.

Ruslar həmçinin Kiyev şəhərinə də dronlarla hücum ediblər. Qoloseyevski rayonundakı 17 mərtəbəli yaşayış binasına zərbə dəyib və binaya zərər vurub.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
reyting.az

1Sources