EN

Rusiyalı senator xüsusi hərbi əməliyyatda iştirak etmək üçün istefa verib

Nijni Novqorod vilayətindən olan senator Aleksandr Vaynberq vaxtından əvvəl istefa verib. O, bu qərarını xüsusi əməliyyat zonasında əsgərlərə birbaşa dəstək verməyə tam diqqət yetirmək istəyi ilə izah edib.

Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, senator 2022-ci ildən bəri humanitar missiyalarla mütəmadi olaraq cəbhə xəttinə baş çəkirdi.

Federasiya Şurası 28 yanvarda keçirilən iclasda Nijni Novqorod vilayətindən olan senator Aleksandr Vaynberqin vaxtından əvvəl istefa vermək istəyini təmin edib.

Aleksandr Vaynberq Nijni Novqorod vilayətini parlamentin yuxarı palatasında ardıcıl üç müddət təmsil edib. Onun səlahiyyət müddəti 2026-cı ilin payızında başa çatmalı idi.

Bəxtiyar CƏFƏRLİ

Chosen
34
herbiand.az

1Sources